“Qarabağ”ı məğlub edən baş məşqçi: “Növbəti rəqib barədə bir saniyə belə, fikirləşməmişəm”

“Nyukasl”ın baş məşqçisi Eddi Hou UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində komandasını gözləyən mümkün rəqiblərlə bağlı fikirlərini bölüşüb.

İngiltərə təmsilçisi pley-off mərhələsinin cavab oyununda “Qarabağ” üzərində 3:2 hesablı qələbə qazanaraq (iki oyunun nəticəsinə görə (9:3) növbəti mərhələyə yüksəlib. “Sağsağanlar” 1/8 finalda ya “Barselona”, ya da “Çelsi” ilə qarşılaşacaq.

Komanda.az “Amazon Prime”-a istinadən xəbər verir ki, ingiltərəli çalışdırıcı mümkün rəqib seçimi barədə düşünmədiyini bildirib:

“Düzünü desəm, bu barədə bir saniyə belə, fikirləşməmişəm. Sadəcə bilirdim ki, həmin komandalar bizə rəqib ola bilər. Əsas məqsədimiz növbəti mərhələyə yüksəlmək idi və buna nail olduğumuz üçün çox məmnunam. Sentyabrda “Barselona” ilə oynamaq xoş idi. “Çelsi”yə qarşı da yaxşı oyun keçirmişdik, baxmayaraq ki, qalib gələ bilmədik. Ümid edirəm ki, bu, bizim üçün müsbət əlamətdir”.

Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi fevralın 27-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button