
“Milan”da keçirdiyim illəri həmişə həyatımın ən yaxşı dövrü hesab etmişəm”
“Milan”ın sabiq yarımmüdafiəçisi Demetrio Albertini karyerasında ən yaddaqalan və uğurlu illərin məhz bu klubla bağlı olduğunu bildirib. Onun sözlərinə görə, “Milan”da keçirdiyi dövr həyatının ən xoş xatirələri ilə zəngindir.
Albertini ötən əsrin 90-cı illərində “Milan”ın şərəfini qoruyub və 2002-ci ildə klubdan ayrılıb. Həmin illər “qırmızı-qaralar”ın Avropada rəqib tanımadığı dövr kimi yadda qalıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı sabiq futbolçu, 11 yaşında qoşulduğu klubdan 31 yaşında ayrılmasının onun üçün xüsusi məna daşıdığını vurğulayıb:
“Milan”da keçirdiyim illəri həmişə həyatımın ən yaxşı dövrü hesab etmişəm və belə də qalacaq. Bu iyirmi il sevinc və uğurlarla dolu idi. A Seriyasında debüt etmək başqa şeydir, orada 15 il ərzində sabit şəkildə çıxış etmək isə tamamilə başqa məsələdir”.
Albertini karyerasının son illərində “Barselona”da da çıxış edib.
Bizi Facebook-da izləyin



