
Neymar geri dönür
“Santos”un hücumçusu Neymar zədədən sonra komandanın heyətinə qayıtmağa yaxındır.
Komanda.az “Ge.Globo”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçunun qarşıdakı həftəsonu keçiriləcək “Velo Klub” ilə matç üçün sifariş ərizəsinə daxil edilməsi planlaşdırılır.
Neymar sonuncu dəfə iki aydan çox əvvəl “Kruzeyro” ilə matçda meydanda olub.
33 yaşlı futbolçunun “Santos”la müqaviləsinin müddəti 2026-cı ilin dekabrında başa çatacaq. O, Avropada daha çox “Barselona” və PSJ-dəki çıxışı ilə tanınır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



