Qvardiola komandasının hazır olmadığını etiraf etdi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqası çərçivəsində dünən “Liverpul”a qarşı keçirilən matçın (2:1) ikinci hissəsində komandasının oyununda yaşanan enişlə bağlı fikirlərini bölüşüb.

“Şəhərlilər” qarşılaşmanın ilk yarısında üstün oyun nümayiş etdirsələr də, qol vura bilməyiblər. Fasilədən sonra isə “qırmızılar” daha yaxşı təsir bağışlayıb və 74-cü dəqiqədə hesabda önə keçiblər. Buna baxmayaraq, matçın son dəqiqələrində iki dəfə fərqlənən “Mançester Siti” səfərdə qələbə qazanmağı bacarıb.

Komanda.az xəbər verir ki, ispaniyalı çalışdırıcı oyundan sonra “Sky Sports”-a açıqlamasında bildirib:

“Bu hal artıq dəfələrlə yaşanıb. Bizim üçün 90 dəqiqə boyunca yüksək səviyyədə oynamaq çətindir, amma buna can atırıq. Səbəb o ola bilər ki, hələ 100 faiz hazır deyilik. Ola bilsin, bir ay sonra zədədən qayıdacaq futbolçularla vəziyyət dəyişsin”.

“Mançester Siti” növbəti oyununu fevralın 11-də öz meydanında “Fulhem”ə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button