
ÇL: “Qarabağ” 9-cu, Medina 3-cü pillədə
“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsini topu ələ keçirmə sayına görə 9-cu yerdə başa vurub.
Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi topu 333 dəfə ələ keçirmə sayına malikdir. “Tottenhem”, “Bodo Qlimt” 332, “Borussiya” (Dortmund) və PSV-nin aktivində isə bu, daha çoxdur -342 dəfə. İlk üçlükdə “Atletik” (Bilbao) (409), “Union” (370) və “Olimpiakos” (360) da yer alıb.
Bundan əlavə, “Qarabağ”ın müdafiəçisi Kevin Medina topu ələ keçirmə sayına görə üçüncü yerə yüksələrək, Çexiyanın “Slavia” (Praqa) komandasının müdafiəçisi David Zima (62) ilə eyni göstəriciyə malikdir.
Burada isə ən yaxşı göstərici “Atletik”in müdafiəçisi Aytor Paredesindir (77). “Atalanta”nın müdafiəçisi Odilon Kossu 2-ci pillədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



