“Allaha şükür ki, ciddi zədə almadım”

“Mançester Siti”nin yarımmüdafiəçisi Jeremi Doku “Mançester Yunayted”in oyunçusu Dioqo Dalotla toqquşmadan sonra ciddi zədədən xilas olduğunu iddia edib.

Komanda.az “City HQ”-ya istinadən xəbər verir ki, belçikalı futbolçu ciddi zədə almadığını bildirib:

“Dalotla toqquşmadan sonra ağır zədələnə və uzun müddət meydandan kənarda qala bilərdim. Elə oldu ki, Norveçdə oynamadım (Çempionlar Liqasının 7-ci turunda “Bodo Qlimit”ə qarşı), amma detallara girmək istəmirəm, çünki bu, keçmişdə qaldı. Allaha şükür ki, ciddi zədə almadım və oynaya bilərəm”.

“Mançester Siti” İngiltərə Premyer Liqasının 22-ci turunda “Mançester Yunayted”ə 0:2 hesabı ilə məğlub olub. Həmin oyundan sonra Doku UEFA Çempionlar Liqasının 7-ci turunda “Bodo Qlimt”ə qarşı (1:3) matçı ehtiyat oyunçular skamyasında keçirdi və Premyer Liqanın sonuncu turunda “Vulverhempton”a qarşı cəmi 16 dəqiqə meydanda oldu.

“Mançester Siti” bu gün Çempionlar Liqasının 8-ci turu çərçivəsində “Qalatasaray”ı qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button