Beylin qorxusu

“Real”ın sabiq futbolçusu Qaret Beyl karyerası boyunca onu ən çox narahat edən mövzulardan birinin maddi çətinliklər olduğunu etiraf edib. Uelsi oynçu peşəkar karyerasını nisbətən erkən – 33 yaşında başa vurub.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, o, iflas ehtimalının onu daim qorxutduğunu bildirib:

“İflas məni həmişə qorxudurdu. Karyerasını bitirdikdən sonra müflis olan idmançılar haqqında məqalələr oxuyursan. Onlar pullarını necə idarə etməyi, əmlakları ilə nə edəcəklərini bilmirlər. Bir çox idmançı dəbdəbəli həyat sürür, mən isə bundan qaçmağa çalışırdım”.

Beyl vurğulayıb ki, futbol sonrası həyatını daim düşününüb:

“Karyeran bitəndə artıq sənə pul ödəmirlər. İnsanlar həyatlarını necə yenidən qururlar? Mən həmişə riskləri bölməyə çalışmışam. Bir neçə layihəyə investisiya qoymaq ideyam var idi. Onlardan biri uğursuz olsa belə, hər şeyimi itirməyim”.

Qaret Beyl karyerası ərzində “Sauthempton”, “Tottenhem”, “Real” və “Los-Anceles” kimi klubların formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button