
“Mançester Yunayted” “Əl-Hilal”ın futbolçusunu istəyir
“Əl-Hilal”ın yarımmüdafiəçisi Ruben Neveşin İngiltərə Premyer Liqasında oynamaq ehtimalı var.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” portuqaliyalı futbolçunu transfer etməkdə maraqlıdır. Potensial müqavilənin dəyəri təxminən 23 milyon avrodur.
Neveşin “Əl-Hilal”la hazırkı müqaviləsinin müddəti bu yay başa çatacaq. 28 yaşlı yarımmüdafiəçi bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 13 oyunda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



