Azərbaycan millisi “Səbail”ə qalib gəldi

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, U-21 milli 1-ci Liqa təmsilçisi “Səbail”lə qarşılaşıb.

“Dalğa Arena”nın məşq meydançasında baş tutan görüş Rəşad Eyubovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində qolu 82-ci dəqiqədə Murad Ələkbərov vurub.

U-21 millisi toplanış çərçivəsində ikinci yoxlama oyununu yanvarın 17-də “Şamaxı”ya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button