
“Real” “sükan”ı yenidən Mourinyoya tapşıra bilər
“Real”da Joze Mourinyunun yenidən komandaya qaytarılması ehtimalı müzakirə olunur. Portuqaliyalı mütəxəssis hazırda vətənində çalışır və “Benfika”ya rəhbərlik edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Lissabon klubu “Real”dan rəsmi təklif olacağı təqdirdə, Mourinyunun gedişinə mane olmayacaq. Üstəlik, onun mümkün varisinin kim olacağı da artıq bəllidir. Bu post üçün əsas namizəd kimi Ruben Amorimin adı çəkilir. “Mançester Yunayted”in sabiq baş məşqçisi portuqaliyalı həmkarını əvəzləyə biləcək əsas fiqurlardan biri hesab olunur.
Mourinyo 2025-ci ilin sentyabrından etibarən “Benfika”nın baş məşqçisidir. 62 yaşlı mütəxəssisin Lissabon klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



