
“Mançester Yunayted”in yeni baş məşqçisi bilindi
“Mançester Yunayted”in sabiq futbolçusu Maykl Karrik komandanın yeni baş məşqçisi təyin olunub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi ingiltərəli mütəxəssislə əməkdaşlıq barədə razılığa gəlib.
O, 2025/26 mövsümünün sonuna qədər komandanı çalışdıracaq. Bu vəzifəni əvvəllər portuqaliyalı mütəxəssis Ruben Amorim tuturdu, ancaq o, yaxınlarda klubdan ayrılıb.
“Mançester Yunayted” hazırda Premyer Liqada topladığı 32 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



