İspan jurnalist Xabi Alonsonu ələ saldı: “Yalnız o xoşbəxt ola bilər”

Tanınmış ispaniyalı jurnalist Manolo Lama “Real”ın baş məşqçisi Xabi Alonso barədə fikirlərini açıqlayıb. Bu, “Real” və “Barselona” arasındakı İspaniya superkuboku matçından sonra baş verib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, xoşbəxt ola biləcək tək şəxsin Xabi Alonso olduğunu bildirib:

“Xoşbəxt ola biləcək tək şəxs Xabi Alonsodur, çünki onun işi təhlükədə idi. Vinisius Juniorun itirəcək heç nəyi yox idi. Biz dedik ki, “Barselona” onları əzsə, məhv etsə, necə olacaq?” O, mövsümün qalan hissəsi üçün öz işini qorudu. Yalnız o xoşbəxt ola bilər. Böyük komandaların niyə məğlubiyyətləri qeyd etdiyini heç vaxt başa düşməmişəm. “Real” uduzdu və onlar xoşbəxt ola bilməzlər”.

“Barselona” final oyununda 3:2 hesablı qələbə qazanaraq, superkuboka sahib çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button