
“Mançester Yunayted”də baş məşqçi seçimi ilə bağlı vəziyyət dəyişib
Ole-Qunnar Sulşer artıq “Mançester Yunayted”in baş məşqçi postuna əsas namizəd sayılmır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, norveçli mütəxəssis “qırmızı şeytanlar”ın rəhbərliyi üçün ilkin seçim hesab olunsa da, vəziyyət dəyişib.
Hazırda favorit statusu Maykl Karrikə məxsusdur. Son qərar hələ verilməyib, ancaq gözlənilir ki, hansısa gözlənilməz hal baş verməzsə, mövsümün sonuna qədər komandaya məhz ingilis mütəxəssis rəhbərlik edəcək. Yeni baş məşqçinin adının artıq bu gün açıqlanacağı bildirilir.
Klub yaxın vaxtlarda portuqaliyalı çalışdırıcı Ruben Amorimi istefaya göndərib. Onu müvəqqəti olaraq Darren Fleçer əvəzləyib və komanda onun rəhbərliyi altında iki oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



