
“Kapitanımızın yenidən bizimlə olmasını istəyirik”
“Barselona”nın prezidenti Xuan Laporta İspaniya superkubokunun finalında “Real” üzərində 3:2 hesablı qələbədən sonra komandanın müdafiəçisi Ronald Arauxonu dəstəklədiyini bildirib.
26 yaşlı futbolçu oyunun son dəqiqələrində meydana çıxıb və matçdan sonra komanda yoldaşları ilə birlikdə kuboku başı üzərinə qaldırıb. Bu qarşılaşma Arauxonun noyabrın sonundan bəri ilk oyunu olub. O, həmin müddətdə psixoloji problemlər səbəbindən meydanlardan uzaq qalmışdı.
Komanda.az xəbər verir ki, matçdan sonra jurnalistlərə açıqlama verən Laporta bunları deyib:
“Biz bunu Arauxo üçün etdik. Kapitanımızın yenidən bizimlə olmasını istəyirik. Onun adına çox sevinirəm”.
Final qarşılaşmasının qəhrəmanı iki qol vuran Rafinya Dias olub. “Barselona”nın digər qolunu isə Robert Levandovski aktivinə yazdırıb.
Bizi Facebook-da izləyin



