“UEFA daha şəffaf olmalıdır” – “Yuventus”un prezidenti
İtaliyanın “Yuventus” klubunun və Avropa Klublar Birliyinin prezidenti olan Andrea Anyelli UEFA-nın işiylə bağlı açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 43 yaşlı klub prezidenti, UEFA-nın işinin daha şəffaf olması haqqında danışıb:
“Klubların maliyyə vəziyyətlərini düşünəndə, gözləntiləri də nəzərə almaq lazımdır. Futbol hər zaman dəyişir. Qaydaların olması vacibdir, amma qaydalara uyğun cəzaların verilməsi də çox vacibdir. Hazırkı vəziyyətə baxsaq, UEFA maliyyə feyr-pley məhkəməsini 18 ay davam etdirir. Bu da həmin müddətdə nələrinsə dəyişdirilməsi ilə bağlı şübhə yaradır. Buna görə də, UEFA daha şəffaf olmalıdır. Bu, İntizam Komitəsinin işi üçün də faydalı olar”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin