
Prezidentdən baş məşqçiyə təşəkkür
“Barselona”nın prezidenti Xuan Laporta komandanın baş məşqçisi Hans-Diter Flikin işi barədə fikirlərini bölüşüb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, Flikin əla mütəxəssis olduğunu bildirib:
“Futbolçulara oyuna qarşı ehtiras aşılamağı bacaran əla mütəxəssisdir. Ona və məşqçilər heyətinə gördükləri keyfiyyətli işə görə minnətdaram. Hazırkı oyunçular öz istedadlarını və kluba sədaqətlərini nümayiş etdirirlər”.
Almaniyalı çalışdırıcı ötən il “Barselona”nın baş məşqçisi postuna təyin olunub. Onun komandası İspaniya La Liqasının 18 turundan sonra 46 xal toplayaraq, turnir cədvəlində liderlik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



