
Konte rəqibi haqda: “Mənim kimi uzun yol keçib”
“Napoli”nin baş məşqçisi Antonio Konte “Bolonya”nın çalışdırıcısı Vinçenzo İtalyano haqqında yüksək fikirlər səsləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis İtalyanonu yalnız yaxşı tərəfdən tanıdığını bildirib:
“Vinçenzonu yalnız yaxşı tərəfdən tanıyıram. Mən görürəm ki, o, öyrənməyə və inkişaf etməyə həvəslidir. O, mənim kimi uzun bir yol keçib və hara getsə, həmişə uğur qazanıb. “Fiorentina”da da, “Bolonaya”da da əla nəticələr əldə edib”.
“Napoli” bu gün İtaliya superkubokunun finalında “Bolonya” ilə qarşılaşacaq. Matçın final fiti saat 23:00-da səslənəcək.
Kontenin komandası UEFA Çempionlar Liqasının 5-ci turunda evdə “Qarabağ”ı məğlub edib – 2:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



