
“Barselona”nın prezidentindən “Real”ın rəhbərinin ittihamlarına cavab
“Barselona”nın prezidenti Xuan Laporta “Real”ın rəhbəri Florentino Peresin “Neqreyra işi” ilə bağlı ittihamlarına cavab verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti futbolçular və işçilər qarşısında keçirilən Milad ziyafətində bu uğurun bəzi insanlar üçün qısqanclıq yaratdığını bildirib:
“Bilirik ki, hər bir addımımız idman, sosial, institusional və iqtisadi sahədə bizə hörmətli, tanınmış və sevgi ilə qarşılanan klub statusu qazandırır. Amma bu uğur bəzi insanlar üçün qısqanclıq yaradır və onlar bununla başa çıxa bilmir.
Bu şəxslər qeyri-etik üsullarla bizim emblemimizi və dəyərlərimizi təhqir edir. Onlar hakimiyyəti despotizm və tələskənliklə qarışdırır, kinli və üstünlükçüdürlər. Hətta bir yoxsul televiziyaya sahibdirlər ki, yalnız yalanlar yayıb informasiya mühitini zəhərləyirlər. Mən onlara demək istəyirəm: “Barselona” yenidən güclüdür – həm meydanda, həm də onun hüdudlarından kənarda. Tarixi silmək, pozmaq və ya təhrif etmək onlara nəsib olmayacaq. Biz isə “Barselona” tarixində yeni parlaq bir dövr yaradırıq və bu, sizin sayənizdə mümkün olur”.
“Real”ın televiziyası Laportanın Neqreyra (İspaniya Futbol Federasiyasının nəzdində fəaliyyət göstərən Hakimlərin Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyra) ilə tanış olmadığını söyləməsinə reaksiya verərək qeyd edib:
“Xatırladırıq ki, məhkəmədə yalan danışmaq cinayətdir”.
Öz növbəsində Peres də bildirib:
“Bu, müasir futbolun ən ciddi qalmaqalıdır. Necə unudulmasını istəyirsiz? La Liqa rəhbərliyi və İspaniya Futbol Federasiyası “Real”ı tək buraxıb”.
Bizi Facebook-da izləyin



