
“Xabi Alonsonun ideyaları “Real”a uyğun deyil”
Almaniya millisinin və “Bayern”in sabiq qapıçısı Oliver Kan “Real”ın baş məşqçisi Xabi Alonsonun komandasındakı fəaliyyətini dəyərləndirib.
Komanda.az xəbər verir ki, o, “Sky Sport Germany”-yə açıqlamasında ispaniyalı mütəxəssisin oyun fəlsəfəsinin Madrid klubuna uyğun gəlmədiyini bildirib:
“Məni “Real”ın nəticələri təəccübləndirmir. Çünki Alonsonun ideyaları bu komandaya uyğun deyil. Onun yanaşması daha spesifik futbolçular tələb edir. Amma “Real” tam başqa üsluba malikdir. “Real”ın oyunçuları azadlığa və fərdi qərarlara öyrəşiblər. Onlar şablon üzrə oynamağa məcbur edilmək istəmirlər. Komandaya bu oyunçuları birləşdirməyi bacaran məşqçi lazımdır”.
“Real” hazırda İspaniya La Liqasında turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Barselona”dan 4 xal geri qalır.
Bizi Facebook-da izləyin



