
“Real” azarkeşlərindən baş məşqçiyə dəstək: “Səbirli ol, Xabi”
“Real”ın baş məşqçisi Xabi Alonsonun üzərindəki təzyiq “Mançester Siti”yə 1:2 hesablı məğlubiyyətdən sonra daha da güclənib.
UEFA Çempionlar Liqasındakı ev oyununda növbəti uğursuz nəticə artıq mətbuatda baş məşqçi dəyişikliyi ilə bağlı söz-söhbətləri sürətləndirib.
“Real” son 8 oyunun yalnız ikisində qalib gəlib və bu fakt Alonsonun mövqeyini daha da həssas vəziyyətə salıb.
Bununla belə, Komanda.az “ElDesmarque”-yə istinadən xəbər verir ki, bir neçə “Real” azarkeşi matçdan sonra stadiondan ayrılan Alonsonun maşınına yaxınlaşaraq ona mənəvi dəstək veriblər. Fanatlardan biri baş məşqçiyə belə müraciət edib:
“Səbirli ol, Xabi. Biz sənə inanırıq”.
Alonso bu ilin iyununda komandanın “sükanı arxasına” keçərək, Karlo Ançelottinin yerini tutmuşdu.
Bizi Facebook-da izləyin



