
Slotdan Salahın narazılığına reaksiya
“Liverpul”un baş məşqçisi Arne Slot komandanın hücumçusu Məhəmməd Salahın son reaksiyasına münasibət bildirib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı Salahın oyundan sonra dediyi sözləri eşitməyin müəyyən mənada onun üçün sürpriz olduğunu bildirib:
“Onun özünü necə istəyirsə, elə də hiss etməyə haqqı var. Şəxsən mən 6-cı günə qədər bu cür bir narazılıq hiss etməmişdim. Adətən, futbolçu meydana çıxmamağa başlayanda, baş məşqçidən xoşlanmır. Amma Salah hər zaman mənim məşqçi heyətimə, komandadakı həmkarlarına hörmət göstərib və çox çalışqan şəkildə məşq edib. Buna görə də oyundan sonra dediyi sözləri eşitmək mənim üçün müəyyən mənada sürpriz oldu.
Amma dediyim kimi, bu, nə birinci, nə də sonuncu dəfədir ki, oynamayan futbolçu emosional olub-olmamağından asılı olmayaraq, bu cür sözlər deyir. Mənim reaksiyam isə aydındır: bu axşam o, bizimlə deyil”.
Salah bu mövsüm “Liverpul”un heyətində 19 matça çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Facebook-da izləyin



