“İtirilən xallar əhəmiyyətlidir, amma həlledici deyil” – “Real”ın baş məşqçisi

“Real”ın baş məşqçisi Xabi Alonso hesab edir ki, “Selta”ya qarşı oyunda itirilən xallar həlledici deyil və komanda diqqətini gələcəyə yönəltməlidir.

Dünən keçirilən La Liqanın 16-ci tur matçında “Real” doğma meydanda “Selta”ya 0:2 hesabı ilə uduzaraq, turnir cədvəlində lider “Barselona”dan 4 xal geri düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı komandasının durumuna belə münasibət bildirib:

“Özümüzü bu durumla mübarizə aparmağa yetərincə güclü hiss edirik? Hamımız birləşmişik, çünki bu futboldur, təbii ki. Tələblərin nə qədər yüksək olduğunu bilirik. Məğlubiyyətlər çox ağrılıdır, amma biz gələcəyə baxmalıyıq.

Bu, hər birimizin məsuliyyətidir. Hər kəs öz işini düzgün yerinə yetirməyə çalışmalıdır. Bilirik ki, itirilən xallar əhəmiyyətlidir, amma həlledici deyil. Mövcud vəziyyət əlbəttə ki, ağrılıdır, lakin klubun tələb etdiyi yüksək standartlara sadiq qalaraq irəliyə baxmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button