“Barselona”nı sevindirən xəbər

“Barselona”nın yarımmüdafiəçiləri Frenki de Yonq və Fermin Lopes tibbi yoxlamadan keçərək 16-ci turdakı La Liqa matçı üçün heyətə daxil ediliblər.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

De Yonq əvvəlki 15-ci tur matçında “Atletiko”ya qalib gəldikləri oyunu (3:1) xəstəlik səbəbindən buraxmışdı. Lopes isə noyabrın sonundan bəri əzələ zədəsinə görə komanda ilə məşqlərdə iştirak etmirdi.

“Betis” – “Barselona” oyunu bu gün, Sevilya şəhərindəki “Olimpiko de Sevilya – La Kartuxa” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button