“Bu, azərbaycanlıların erməniləri sevməməsinin səbəblərindən biridir” – Petrov

“Neftçi”nin futbolçusu Kirill Petrov müsahibə verib.

Komanda.az xəbər verir ki, 29 yaşlı müdafiəçi, “youtube” kanalındakı “Bombardir” verilişinin aparıcısı, ukraynalı jurnalist Roman Bebekə geniş müsahibə verib. Petrov, ermənilərin törətdiyi Xocalı soyqırımı haqda da danışıb:

“Neçə ildir Azərbaycanda yaşayıram. Ölkənin tarixini bilirəm. Amma məsələnin digər tərəfindən xəbərim yoxdur. Burda hansısa kənddə soyqırım olub. Ermənilər ora girib, hamını – uşaqları, hamilə qadınları öldürüblər. Dəhşətlidir. Bakıda Xocalı prospekti var və həmin hadisələrə görə abidə ucaldılıb. Bu, azərbaycanlıların erməniləri sevməməsinin səbəblərindən biridir. Hər şeyi bilmədiyim üçün çox danışa bilmirəm. Bu, siyasi məsələ olduğundan, çox qarışmaq istəmirəm.

Bu, Rusiya ilə Ukrayna arasında olan məsələyə oxşayır. Amma biz heç vaxt onlarla qardaş kimi olmamışıq. Çünki həmişə fərqlənmişik. Həm xarakter baxımından, həm də digər aspektlərdə. Onlar heç vaxt mənim üçün qardaş olmayıblar. Qoy, mənim soyadım Petrov olsun. Bilmirəm, hansısa babamdan qalıb. Məni burda rus hesab etmirlər. “Kirilo” çağırırlar.

Mənə deyildiyi kimi, 1990-cı ildə Rusiya bu ölkəni işğal etmək istəyib. Amma insanlar tankların qarşısına çıxaraq, buna imkan verməyiblər, öz hüquqlarını və müstəqilliklərini qoruyublar. Bura çoxlu ruslar gəlir. Ancaq bizdən fərqli davranırlar. Biz daha mehriban və təkəbbürlüyük”.

Petrov 2017-ci ildən “Neftçi”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button