
Elman Baxşıyev göndərilə bilər – “Araz-Naxçıvan”ın iki namizədi var
“Araz-Naxçıvan”da bu mövsüm işlər qaydasında getmir. Ötən mövsüm uğurlu çıxıb edərək UEFA Konfrans Liqasına vəsiqə qazanan komanda hazırda Premyer Liqanın turnur cədvəlində orta sıralarda – 6-cı pillədə qərarlaşıb. Bu bir yana, Naxçıvan təmsilçisi ölkə kubokunun 1/8 finalında da “Kəpəz”ə uduzaraq, mübarizəni dayandırdı.
Bütün bunların fonunda “Araz-Naxçıvan”da artıq baş məşqçi Elmar Baxşıyevin postundan göndərilməsi barədə müəyyən fikirlərin yaranması normaldır. Komanda qarşıdakı bir neçə oyunda da uğursuz olsa, Baxşıyevin göndərilməsi qaçılmaz olacaq.
Komanda.az-ın əldə etdiyi məlumata görə, Baxşıyev gedəcəyi halda, klub rəhbərliyi iki məşqçi arasında seçim edəcək. Bunlar Tərlan Əhmədov və Vəli Qasımovdur. Hər iki mütəxəssis vaxtı ilə futbolçu kimi Azərbaycan millisində çıxış edib. Əhmədovun adı son günlərdə baş məşqçisiz olan “Neftçi” ilə də yanaşı çəkilir.
Bizi Facebook-da izləyin



