
Arauxo İngiltərədəki oyundan sonra özünə gələ bilmir
“Barselona”nın müdafiəçisi Ronald Arauxo UEFA Çempionlar Liqasında “Çelsi” ilə keçirilən oyunun əsas mənfi qəhrəmanına çevrilib.
Londonda baş tutan və kataloniyalıların 0:3 hesablı məğlubiyyəti ilə nəticələnən qarşılaşmada uruqvaylı futbolçu 44-cü dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulub. Azlıqda qalan “Barselona” rəqiblə bacarmayıb və daha iki qol buraxıb.
Komanda.az “CatalunyaRadio”-ya istinadən xəbər verir ki, hadisədən bir neçə gün keçməsinə baxmayaraq, Arauxo hələ də dərin sarsıntı içindədir və özünü çox məyus hiss edir.
26 yaşlı futbolçu daha əvvəl də oxşar vəziyyətlər yaşayıb və azarkeşlərin sərt tənqidinə məruz qalıb. “Çelsi” ilə oyundakı qırmızı vərəqə isə onun ətrafında narazılığı yenidən alovlandırıb.
Hans-Diter Flikin komandası sabah evdə, İspaniya La Liqası çərçivəsində “Alaves”i qəbul edəcək.
Bizi Facebook-da izləyin



