“Çelsi” fransalı qapıçı üçün hərəkətə keçib

“Çelsi” “Milan”ın qapıçısı Mayk Menyanın agentləri ilə yenidən əlaqə saxlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu Menyanı azad agent kimi komandaya cəlb etmək istəyir. Fransalı qolkiper “Milan”la müqaviləsinin müddətini uzatmaq niyyətində deyil.

Bildirilir ki, “Çelsi” hansısa qapıçı transferini həyata keçirsə, hazırkı qolkiperi, danimarkalı Filip Yorgensenlə yollarını ayırmağa çalışacaq.

30 yaşlı Menyan cari mövsümdə bütün turnirlərdə 13 oyunda meydana çıxıb, 9 top buraxıb və 7 matçda qapısını toxunulmaz saxlayıb. Onun “Milan”la müqaviləsinin müddəti yayda başa çatacaq.

“Çelsi” UEFA Çempionlar Liqasının 4-cü turunda, noyabrın 5-də “Qarabağ”ın qonağı olub – 2:2

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button