
“İnter” derbidə məğlub oldu, amma…”
“İnter”in sabiq futbolçusu Cüzeppe Berqomi “Milan”la son oyun (0:1) barədə fikirlərini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qarşılaşmanın nəticəsinə baxmayaraq, “İnter”in yaxşı oynadığına inanır:
“İnter” derbidə məğlub oldu, amma oyunu var idi. Hamımız bilirik ki, “İnter”in möhkəm müdafiəsini yarmaq həmişə çətin olub. Komanda buraxılmış penaltinin əvəzini ödədi”.
Bu, Milan klubunun mövsümdəki dördüncü məğlubiyyəti olub. Komanda növbəti turda “Piza” ilə oynayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



