“Qızıl top”u qazanmaq şansım olacaq”

“Barselona”nın hücumçusu Rafinya Dias gələcəkdə “qızıl top” uğrunda mübarizə aparacağına inanır.

Komanda.az xəbər verir ki, braziliyalı futbolçu GQ nəşrinə açıqlamasında gələcəkdə “qızıl top”u qazanmaq şansının olacağını bildirib:

“Düşünürəm ki, gələcəkdə “qızıl top”u qazanmaq şansım olacaq. Futbol dövrlərlə doludur, hələ çox ilim var və yeni məqsədlərə çatmaq istəyirəm. Beşinci yeri (“qızıl top”un səsverməsində) motivasiya kimi qəbul edirəm. Öz potensialımı bilirəm”.

Rafinya cari mövsümdə bütün turnirlərdə 7 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button