“İslandiya yığmasını yaxşı təhlil etmişik” – Krivotsyuk

Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk DÇ-2026-nın seçmə mərhələsində Bakıda İslandiya yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, o, bunu söyləyib:

“Rəqibimizi yaxşı təhlil etmişik. İslandiyanın heyətində güclü futbolçular yer alıb. Bizi çətin oyun gözləyir. Qarşılaşmaya yaxşı hazırlaşmışıq. İnanırıq ki, sabah yaxşı çıxış edəcəyik

Ayxan Abbasovun gəlişindən sonra çox şey dəyişməyib. Hər kəs görür ki, yaxşı komandamız var. Əsas nəticədir, bunu göstərməliyik”.

Azərbaycan – İslandiya matçı sabah, 8-ci km qəsəbə stadionunda saat 21:00-da start götürəcək.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button