
Mbappe ilə Vinisius bu göstəricidə Yamaldan geri qalır
“Real”ın hücumçuları Kilian Mbappe və Vinisius Junior cari La Liqa mövsümündə uğurlu driblinqlərin sayına görə ikinci yeri bölüşürlər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı və braziliyalı futbolçular rəqiblərini 30 dəfə driblinqlə keçməyə müvəffəq olublar.
Reytinqin lideri isə “Barselona”nın gənc istedadı Lamin Yamaldır. Onun hesabında 33 uğurlu driblinq var.
İlk beşliyi “Real Sosyedad”ın futbolçusu Ander Barrenetxea (29) və “Ovyedo”nun oyunçusu Hassem Həsən (28) tamamlayır.
“Real” 12 turdan sonra 31 xalla La Liqanın lideridir. “Barselona” 28 xalla ikinci, “Vilyarreal” və “Atletiko” isə müvafiq olaraq 26 və 25 xalla üçüncü və dördüncü pillələrdə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



