
“Qarabağ”ın rəqibi iki futbolçusuna yeni müqavilə təklif edəcək
“Liverpul” rəhbərliyi iki əsas yarımmüdafiəçisi ilə müqavilənin müddətini uzatmaq üçün danışıqlara başlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqa klubu macar futbolçu Dominik Soboslayi ilə artıq danışıqlara start verib və yaxın vaxtlarda ona yeni müqavilə təklif edəcək. Klub həmçinin, niderlandlı yarımmüdafiəçi Rayan Qravenberxlə də əməkdaşlığı davam etdirmək niyyətindədir.
“Liverpul” hazırda İngiltərə Premyer Liqasında 10 turdan sonra 18 xal toplayaraq, turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Arne Slotun komandası lider “Arsenal”dan 7 xal geri qalır.
“Qırmızılar” növbəti turda səfərdə “Mançester Siti” ilə üz-üzə gələcək. Komanda “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Facebook-da izləyin



