
Yamal: “Adi oyunçu olsaydım, məni təhqir etməzdilər
“Barselona”nın futbolçusu Lamin Yamal Çempionlar Liqasında “Brügge” ilə oyun (3:3) zamanı eşitdiyi təhqirlər barədə suala cavab verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Azarkeşlərin təhqirləri? Onlar mənim əhəmiyyətimi anladıqları üçün təhqir edirlər. Adi oyunçu olsaydım, məni təhqir etməzdilər”.
Belçikalı azarkeşlər 18 yaşlı futbolçunu 61-ci dəqiqədə qol vurduqdan sonra təhqir etməyə başlayıblar. Yamal bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 10 oyunda 5 qol vurub və 5 məhsuldar ötürmə edib.
Kataloniya klubu bazar günü La Liqada “Selta” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



