
Yamalın zədəsinin xroniki olmaq təhlükəsi var
“Barselona”nın hücumçusu Lamin Yamalın sağlamlığı klub rəhbərliyini ciddi şəkildə narahat edib. O, son vaxtlar qasıq nahiyəsində ağrılar hiss edir.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, kataloniyalılar 18 yaşlı futbolçunun zədəsinin xroniki xarakter ala biləcəyindən qorxurlar. Ağrılar davam edərsə, həkimlər əməliyyat variantını da istisna etmirlər.
Hazırda Yamalın transfer dəyəri təxminən 200 milyon avro civarındadır. O, “Barselona” ilə müddəti 2031-ci ilin ortalarına qədər olan müqavilə bağlayıb.
İspaniyalı futbolçu cari mövsümdə 8 oyunda iştirak edib, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



