Yamalın davranışı komanda yoldaşlarını narahat edir

İspaniyada “Barselona”nın oyunçusu Lamin Yamalla “Real” arasındakı qarşıdurma gündəmi zəbt edib.

18 yaşlı vinger “el klasiko”dan öncə “Real”la bağlı sərt açıqlamalar verib və oyun zamanı madridli futbolçularla mübahisə edib.

Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, “Barsa”nın bəzi oyunçuları Yamalın davranışından və futbola münasibətindən narahatdırlar.

Komanda daxilində belə fikir formalaşıb ki, gənc futbolçu ətrafındakı insanların mənfi təsiri altına düşür və bu, onun karyerası üçün təhlükəli ola bilər.

Oktyabrın 26-da keçirilən “el klasiko” “Barselona”nın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button