
Arteta: “Nəticədən çox razıyam”
“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının 3-cü turunda “Atletiko” üzərində 4:0 hesablı inamlı qələbədən sonra oyun barədə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, ispaniyalı mütəxəssis “Amazon Prime”-a açıqlamasında komandasının performansını yüksək qiymətləndirib:
“Bu, çətin qarşılaşma idi. İlk qoldan sonra rəqib bir qədər açıldı və biz boş zonaları daha rahat tapmağa başladıq. Nəticədən çox razıyam. Bu səviyyədə, Çempionlar Liqasında, daim irəliləmək vacibdir. Biz bunu oyunun bütün mərhələlərində bacardıq. Azarkeşlərin inamı? Bu, bizimlə onlar arasında olan bağları daha da möhkəmləndirir. İnam idmanda çox önəmlidir. İndi diqqətimizi qarşıdakı oyuna yönəldirik”.
Bu qələbə “Arsenal”ın cari mövsümdə Çempionlar Liqasında keçirdiyi üç oyunda ardıcıl üçüncü qələbəsi olub.
Bizi Facebook-da izləyin



