ÇL: “Atletiko” “Arsenal”dan şikayət edəcək

UEFA Çempionlar Liqasının oyununa hazırlıq məqsədilə Londona gələn “Atletiko”nun nümayəndə heyəti gözlənilməz problemlə üzləşib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, madridlilər “Arsenal”la qarşılaşma ərəfəsində keçirdiyi məşqdən sonra isti suyun olmaması səbəbindən duş qəbul edə bilməyib.

İspaniya təmsilçisinin futbolçuları və məşqçilər heyəti xüsusilə təəccübləniblər, çünki məşqin ikinci hissəsini yağış altında keçirmişdilər. Onlar yalnız otelə qayıtdıqdan sonra yuyuna biliblər.

“Atletiko” nümayəndələri isti su problemini hələ saat 17:30-da – stadionda olduqları ilk anda “Arsenal” tərəfinə bildiriblər. Ancaq məsələ məşqin sonuna qədər həll olunmayıb.

İndi Madrid klubu baş verənlərlə bağlı UEFA-ya rəsmi şikayət təqdim etməyi planlaşdırır.

“Arsenal” – “Atletiko” matçı bu gün saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button