
Amorim qol vuran futbolçu haqda: “Bizim üçün çox vacibdir”
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “Liverpul”la səfər oyununda qolu ilə komandanın 2:1 hesablı qələbəsini təmin edən müdafiəçi Harri Maquayrı tərifləyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı məşqçi Maquayr haqda bunu deyib:
“Mən bunu gözləyirdim, bu, mənim üçün yeni bir şey deyil. Mən təcrübəli oyunçuların nə qədər vacib olduğunu bilirdim. Maquayr komanda yoldaşlarına kömək etmək üçün kifayət qədər təcrübəyə malikdir. O, bizim üçün çox vacibdir və bu oyunda bunu bir daha nümayiş etdirdi. Yaşadığı hər şeyi nəzərə alsaq, o, hər bir uşaq üçün nümunədir”.
İngilis futbolçu 84-cü dəqiqədə qol vuraraq, qələbəni rəsmiləşdirib.
“Qırmızı şeytanlar” Premyer Liqada 8 oyundan sonra 13 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin



