
Messi Argentina millisini təbrik etdi
“İnter Mayami”nin hücumçusu, “qızıl top”un səkkizqat sahibi Lionel Messi Argentinanın U-20 millisinin dünya çempionatının yarımfinalına yüksəlməsinə münasibət bildirib.
Argentinalı oyunçular 1/4 finalda Meksika yığmasını 2:0 hesabı ilə məğlub edərək, növbəti mərhələyə adlayıblar.
Komanda.az xəbər verir ki, Messi sosial şəbəkə hesabında komandanı təbrik edərək, belə yazıb:
“Uşaqları təbrik edirəm! Həmçinin, qol vurduğu üçün Toto Silyvettiyə də xüsusi təbriklər”.
Argentinanın U-20 millisi finala vəsiqə uğrunda Kolumbiya ilə qarşılaşacaq. Oyun oktyabrın 16-da keçiriləcək.
Yarımfinalın digər oyununda isə Mərakeş və Fransa yığmaları üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



