
“Real”ın futbolçusu millinin oyununu buraxacaq
“Real”ın futbolçusu Franko Mastantuono Argentina millisinin qarşıdakı oyununda iştirak edə bilməyəcək.
Dünya çempionları dünən gecə Venesuela yığması ilə yoxlama matçına çıxıb (1:0). Üç gün sonra isə rəqib Puerto-Riko olacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı vinger əzələ yüklənməsi səbəbindən Venesuela ilə matçı buraxmalı olub. O, Puerto-Riko ilə oyunda da olmayacaq.
Bununla belə, Mastantuononun bərpa prosesinin sürətlə getdiyi və 19 oktyabrda keçiriləcək “Real” – “Xetafe” oyunu üçün hazır olacağı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



