“Real” Vinisiusla anlaşa bilməyib

“Real” hücumçusu Vinisius Juniorun satışı variantını nəzərdən keçirir.

Komanda.az “Cadena SER”-ə istinadən xəbər verir ki, tərəflər braziliyalı futbolçunun 2027-ci ildə başa çatacaq müqaviləsinin müddətini uzatmaq barədə razılığa gələ bilməyiblər. Bu səbəbdən, mətbuatda tez-tez ayrılıqla bağlı xəbərlər dolaşır.

“Real” rəhbərliyi Vinisiusun satışına yalnız sərfəli təklif daxil olduğu halda razılıq verəcək. Klub onun ən azı 250 milyon avroya transfer edilməsini planlaşdırır. Danışıqlar uğurlu alınarsa, keçid 2026-cı ilin yayında baş tutacaq və o, Səudiyyə Ərəbistanına yollanacaq.

25 yaşlı futbolçu cari mövsümdə 10 oyunda meydana çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button