La Liqa klubu yeni baş məşqçisinin adını açıqladı

İspaniyanın “Ovyedo” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisini Luis Karrion çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

46 yaşlı ispaniyalı mütəxəssislə imzalanan müqavilənin detalları və müddəti açıqlanmayıb.

Karrionun son iş yeri “Las Palmas” olub.

“Ovyedo” ötən gün Velko Paunoviçlə yollarını ayırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button