PSJ-də kapitan seçimi

PSJ-də kapitanlıq vəzifəsi əvvəlki kimi Markinyosa həvalə olunub.

Braziliyalı müdafiəçi 2013-cü ilin yayından Paris klubunun formasını geyinir və komandadakı liderlik statusunu qoruyub saxlayır.

Komanda.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, Paris təmsilçisinin futbolçuları yarımmüdafiəçi Vitinyanı yeni vitse-kapitanlardan biri kimi seçiblər.

Portuqaliyalı futbolçu ötən həftəsonu Fransa Liqa 1-də 100-cü oyununu keçirib. O, PSJ-yə 2022-ci ilin yayında “Portu”dan transfer olunub. Bu müddət ərzində Vitinya Paris klubunun heyətində bütün turnirlərdə 163 rəsmi matçda meydana çıxıb, 20 qol vurub və 18 məhsuldar ötürmə verib.

PSJ hazırda Fransa çempionatının lideridir. Komanda 7 turdan sonra 16 xal toplayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button