“Karyeram ərzində belə oyun keçirməmişdim” – Xorvatiyalı futbolçu

Xorvatiya millisinin futbolçusu Nikola Vlaşiç AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla keçirdikləri oyundan sonra açıqlama verib.

Komanda.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matça bağlı danışan yarımmüdafiəçi, bunları deyib:

“Bu, bizim üçün çox məyusedici nəticədir. Bunu izah etmək çətindir. Düzü, karyeram ərzində belə oyun keçirməmişdim. Yaxşı şanslarımız olsa da, yararlana bilmədik. Buna daha çox rəqib qapıçı imkan vermədi. Əvvəllər də komandamız burda xal itirmişdi. Artıq hər şey öz əlimizdədir. Davam etməli və növbəti matçlarda qalib gəlməliyik”.

22 yaşlı futbolçu Təmkin Xəlilzadənin vurduğu qol haqqında da danışıb:

“Oyun ərzində rəqib tədricən daha sərbəst çıxış etməyə başladı. Rəqibin qol vurduğu epizodda futbolçuya yaxın idik. O isə Lionel Messi kimi hamını keçib, gözəl qol vurdu”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button