
“Hazırda yüksəlişdəyik” – “Qarabağ”ın rəqibi ilə qarşılaşacaq baş məşqçi
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasının ikinci turu öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalı çalışdırıcı hazırda yüksəlişdə olduqlarını bildirib:
“Hazırda yüksəlişdəyik, nəticələr də bizim işimizi əks etdirir. Amma qarşıda uzun mövsüm var. Futbolda enişlər və yüksəlişlər olur. Həyatdakı kimi – çətinlikləri dəf etməyi bacarmaq lazımdır”.
“Atletiko” ikinci turda evdə Frankfurt “Ayntraxt”ı ilə qarşılaşacaq. Oyun bu gün saat 23:00-da start götürəcək.
“Ayntraxt” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



