
Azərbaycan klubu ABŞ-dan olan basketbolçu ilə müqavilə bağlayıb
Növbəti mövsümün hazırlıqlarını davam etdirən “Sərhədçi” heyətinə daha bir əcnəbi basketbolçu qatıb.
Bu barədə Komanda.az-a paytaxt klubunun mətbuat xidmətindən bildirilib.
201 sm boya malik Mark Vance ilə mövsümün sonuna qədər olan müqavilə imzalanıb.
ABŞ-dan olan basketbolçunun son klubu “UT Southern” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



