“Bu, Amorimin “Mançester Yunayted”də əldə etdiyi ən böyük qələbədir”

İngiltərə millisinin sabiq futbolçusu Ceymi Rednapp “Çelsi” üzərində 2:1 hesablı qələbəni “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim üçün ən vacib qələbə adlandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda, “qırmızı şeytanlar”ın daha çox oyun qazanmalı olduqlarını söyləyib:

“Bu, Amorimin “Mançester Yunayted”in baş məşqçisi kimi evdə əldə etdiyi ən böyük qələbədir. Bu gün onun üçün çox vacib idi. Kazemiro meydandan qovulduqdan sonra işlər gərginləşdi və onların oyunu qazana biləcəkləri məlum deyildi. Amma Bruno Fernandes fantastik idi, xüsusən də, ikinci hissədə. O, çox mübarizə apardı və komandaya rəhbərlik etdi.

Bu qələbə böyük bir iş kimi hiss olunur, lakin onlar bu uğurun üzərində dayanmalıdırlar. Bunu davam etdirməlidirlər və daha iki, üç, dörd oyun qazanmalıdırlar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button