
“Qarabağ”ın oyunçusu ÇL-in rəmzi komandasında – FOTO
UEFA Çempionlar Liqasının 1-ci turunun ən yaxşı futbolçularından ibarət rəmzi komandasını təqdim edib.
Komanda.az xəbər verir ki, bu haqda qurumun sosial şəbəkə hesabları məlumat yayıb.
Rəmzi komandaya “Qarabağ”ın 24 yaşlı braziliyalı yarımmüdafiəçisi Pedro Bikalyo da düşüb.
Xatırladaq ki, UEFA-nın rəyinə əsasən, Bikalyo həmçinin, “Benfika” – “Qarabağ” matçının (2:3) ən yaxşı oyunçusu seçilmişdi.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



