Kaka: “Günün birində baş məşqçi olmaq istərdim”
Braziliya millisinin sabiq yarımmüdafiəçisi Kaka məşqçiliyə başlamaq arzusunu dilə gətirib.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, o, bu barədə Lissabonda keçirilən xeyriyyə oyunundan sonra danışıb:
“Futbolu sevirəm və hər dəfə meydana qayıdanda xüsusi hisslər keçirirəm. Günün birində baş məşqçi olmaq istərdim. Bu, mənim üçün inanılmaz bir çağırış olardı”.
Kaka peşəkar karyerasını 2017-ci ildə başa vurub. O, futbolçu kimi Braziliyanın “San-Paulо” klubunda yetişib, daha sonra “Milan”, “Real” və “Orlando Siti”də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



