Portuqaliyalı futbolçu “Əl-Hilal”ı İngiltərə klubuna dəyişə bilər

“Əl-Hilal”ın yarımmüdafiəçisi Ruben Neves İngiltərə Premyer Liqası klublarının “radar”ına düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun Premyer Liqa klublarından birinə transfer qiyməti 20 milyon avro civarında ola bilər.

Neves 2023-cü ilin yayından “Əl-Hilal”da çıxış edir. 28 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 3 oyun keçirib və 1 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button